Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur.
Mehriban xanımın bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. İki nüfuzlu beynəlxalq mükafata - “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun ən yüksək mükafatı olan “Yaqut xaç” ordeninə və geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “Qızıl ürək” mükafatına layiq görülməsi onun bu sahədəki işlərinin yüksək qiymətləndirilməsini sübut edir.
Davamı...
Millət bu nəcib, savab əməlləri heç vaxt unutmayacaq
Mehriban xanım Əliyeva və dünya qadınları
Bu kitabda söz söyləmək açığı çox çətin bir işdir. Çünki deyiləcək söz, gərək haqqında danışılan insana uyğun olsun, yaraşsın. Və yazılan fikirlərdən fərqli nəsə söyləyə biləsən. Hər halda Fərid qardaşımızın bizə də söz deməyi həvalə etməsi, boynumuza düşən bu yükü qaldırmamızı bəlirləyir. İncəsənət məbədinin mehrabı qarşısında hər xalq zaman-zaman yetişdirib ərsəyə çatdırdığı övladlarını - sənət əsərlərini gətirmişdir. İtalyanlar şöhrətli İntibah dövrünü, almanlar Düreri, Kranaxı, Qotikanın nadir incilərini, Macarlar Ferens Listi, ispanlar El-Qrekonu, Servantesi, Velaskesi, fransızlar klassik baleti, romantizmi... Bu siyahını çox uzaltmaq olar. Bəşər mədəniyyəti nəhəng, misilsiz xəzinədir. Buradakı ləl-cəvahiratı qiymətə vurmaq qeyri-mümkündür. Hər sənət incisinin öz yeri, öz sahibi var. Əsrlər, qərinələr boyu var-yoxumuz bir dəfə də olsun, adımıza çıxmadı. Dərd burasında idi ki, yazanımız da yox idi. Mədəniyyətimiz gah Əhaməniş, Ellinizm eqidası altına salındı, gah da Sasani mədəniyyətinin ayrılmaz hissəsi kimi təqdim olundu. Min ildən çox dövrdə də nə edildisə, nə yaradıldısa da, hamısının üzərinə "İslam svilizasiyası" möhürü vuruldu. Ancaq sovet hakimiyyəti illərində ilk dəfə olaraq ittifaq miqyasında əlahiddə olaraq Azərbaycan mədəniyyətindən söhbət getdi, elmi tədqiqat əsərləri yazıldı. İlk dəfə olaraq, milli təsviri sənətimizin şah əsərləri Təbriz miniatürlərindən, milli musiqimizdən, tətbiqi sənətimizdən söhbət açıldı. Sovet hakimiyyəti illərində əldə edilmiş nailiyyətlər sayəsində biz fəxrlə milli təkrarsız mədəniyyətimizdən danışa bildik. Demək olar ki, hər sahədə ziyalılarımız sözlərini deyə bildilər. Nə az, nə çox, düz 60 il ərzində Lətif Kərimov kimi dahi təqdiqatçı dünya dekoratik sənətində millətimizin həlledici rol oynadığını və çox sahədə də, hətta müəllim olmasını sübuta yetirmək üçün çalışdı. Niyə həqiqəti danaq, niyə deməyək ki, məhz Heydər Əliyevin qayğısı sayəsində Bakıda təşkil olunmuş xalçaçılıq üzrə beynəlxalq simpoziumda dekorativ sənətin bu sahəsinə millətimizin möhrü vuruldu. Və dünya da bunu qəbul etdi. Sonrakı illərdə nələrin baş verməsindən danışmıram. Bunlar məlumdur. Hərbi məğlubiyyətin acısını dadmış xalq, beynəlxalq aləmdə erməni diasporasının və səlib dünyasının mütəşəkkil təxribatı ilə üzləşəndə isə özünü tamam itirdi. Azərbaycanın neçə-neçə adlı-sanlı alimi, sənətkarı dünyasını dəyişmiş, beynəlxalq aləmdə təklənmişdik. Təbliğat məsələsində isə, bizim lovğa, pulgir "ideoloqlarımız" çoxdan uduzmuşdular. Sivil dünyada biz sözümüzü demək üçün tamam başqa yollar tanımalı idik. Və ürəyi Vətən eşqi ilə çarpışan insanların sayəsində də onu tapdıq. Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dahi sənətkarımız Lətif Kərimovun estafetini yerdən qaldırdı! Yüksək intellekt sahibi olan hörmətli 1-ci xanımımız Qərbin qarşısında hansı irslə çıxacağını düz hesablamışdı. Biz sübut etməliydik ki, Bəşər mədəniyyətinin nəhəng sübutlarının biri sayılan dekorativ sənətdə, onun aparıcı sahəsi xalçaçılıqda hamıya müəllimlik etmişik. Qarşımızda təkcə bədxahlığı çoxdan bəlli olan erməni millətçiləri yox, eyni zamanda, bu sahədə əsrlər boyu sözünü demiş bütün yaxın şərqin xalqları dururdu. Titanik zəhmətin sayəsində, nəhayət beynəlxalq təşkilatlar səsimizə səs verdilər. Bax, məhz bu əsnada Lətif Kərimovun irsi kəşfləri dadımıza çatdı, bir tərəfdən də respublika xalçaçılıq muzeyi əməkdaşlarının, mərhum rəssam Kamil Əliyevin misilsiz fəaliyyəti bəhrəsini verdi. Diasporanı da, hətta diplomatları belə, ayağa qaldırmaq lazım gəldi. Bu sahədə də dadımıza həmişə azərbaycanlı olması ilə fəxr edən, vətənpərvərliyi dillər əzbəri olan Heydər Əliyevin layiqli davamçısı, prezidentimiz İlham Əlieyv çatdı. Və nəhayət, gərgin zəhmət triumf ilə başa çatdı! Bütün sivil dünyanın qarşısında nüfuzlu beynəlxalq təşkilat, bəşər mədəniyyətini bir misilsiz xəzinəsinin üzərinə millətimizin möhürünü vurdu. "Qədim Azərbaycan xalçasının bir parçası tərəziyə qoyulsa, o, bütün italyan intibahından ağır gələcək" - vaxtilə bir romalı alimin dediyi bu sözləri YUNESKO kimi təşkilat təsdiq edəndə niyə də sevinməyək. Təəssüflər olsun ki, bütün bunların əhəmiyyətini dərk edə bilməyib, Mehriban Əliyevanın uğurlarına kölgə salmaq istəyən cahillər, hələ də aramızda var. XX əsrdə sovet hakimiyyəti dövründə milli musiqimizi xaricdə nə az, nə çox 40 ilə qədər 3 nəfər - Rəşid Behbudov, Habil Əliyev, Zeynəb Xanlarova şərəflə təmsil ediblər. Bunların sayəsində dünya bizim milli vokal və instrumental ifaçılıq sənətimizlə yaxından tanış olub. Son 10 ildə isə bu nəcib estafeti təkrarsız Alim Qasımov davam etdirib. Muğam - Üzeyir bəyin tədrici ilə desək bu möhtəşəm musiqi barigahının üzərindən baxanda, bir tərəfdə qədim Dehlini, digər tərəfdə isə sehrli Əndəlusu, Kardova xilafətini görürük. Muğam - Sasani şahənşahlarının, Arran mərzbanlarının, Diməşq, Bağdad xəlifələrinin, Osmanlının zəhmli sultanlarının saraylarına rövnəq vermiş sənət! Muğam - tarixi, nəzəriyyəsi Ürməvilər, Fərabilər, Marağilər, Əmir Xosrov Dəhləvilər tərəfindən yazılmış və tədqiq olunmuş müsiqi dəfinəsi! Muğam - ərşi-səmavatdan bizə nazil edilmiş sərvət. Muğam - məni özümə tanıdan ulu sənət! Muğam - məni sınmağa, əzilməyə qoymayan əzəmətli simfoniya! Nə qədər ki, bu cəfakeş torpağın üzərində "Mənsuriyyə", "Heyratı", "Heydəri" dalğa-dalğa qalxırsa, demək bu xalqa ölüm yoxdur. Mənfur erməni faşistləri torpaq bir yana qalsın, artıq milli mətbəximizə, klassik musiqimizə murdar əllərini uzdanda, yenə də əvvəlki situasiya təkrarlandı. Yenə də həmişəki kimi yuxarıdan direktiv gözləyən məmurların, "Allahdan buyurq, ağzıma quyruq" deyən titullu sənət adamlarının eyni sözlərini eşidirik: "Nə isə etmək lazımdır...", "Müəyyən addımlar (?) atılacaq...", "Danışıqlar gedir..." və ilaxır. Son 15 ildə milli musiqimizə dəyən zərbə, bəlkə min il ərzində dəyməmişdi. Qısa müddət ərzində efir və telekanallar toyxana dəllalarının, pozğunların cövləngahına çevrildi. Neçə minillik mənəvi mədəniyyət dollarlara qurban verildi. Ən dəşətlisi də budur ki, fəsad heç bir müqavimət görmədən yenə də davam edir. Avropanın, Amerikanın kübarları Alim sənətini ayaqn üstə alqışladıqları halda, biz burada uşaqlarımızı elit şou-biznes əxlaqsızlarının ümidinə buraxmışdıq. Həyasızlıq o yerə çatmışdı ki, millətin sənət məbədinə, onun klassik irsinə - muğamına belə əl qaldırmağa cürət edənlər də tapıldı. Habil Əliyev kimi musiqi patriarxının "uşaqlarınızı bu mədəniyyətdən qoruyun!" çağırışına məhəl qoyan tapılmadı. Mənəviyyatımızın, mədəniyyətimizin məhz belə bir məqamında, məmləkətin birinci xanımı Mehriban Əliyevanın əsil ziyalı, əsl siyasi-ictimai xadim iradəsi özünü göstərdi. Hörmətli xanımın titullarını sadalamıram, çünki o, nəcib fəaliyyəti ilə sübut etdi ki, bütün bunlardan qat-qat yüksəkdə durur. Əvvəlcə bütün tanınmış ifaçılara, sənət adamlarına yüksək prezident təqaüdü verildi. Tarixmizdə indiyə qədər hansı xanəndə qoca yaşında belə məbləğ almışdı. Tədricən qeyrətli adamların əlləri ilə proqramlara əl gəzdirildi, (düzdür, bu iş hələ axıra çatdırılmayıb), klassik irsin ifaçıları ön plana çəkildilər. Ölkənin mədəni mühitində ab-hava dəyişikliyə üz qoyan kimi, fəaliyyəti bizim fəxarət mənbəyi olmuş Mehriban xanım Əliyeva ikinci mədəni hücumu hazırladı. Bu zarafat deyildi, qarşıda musiqi tarixi əsrlərin zülmətində itmiş Hindistan (bizim muğamı xatırladan qədim raqlar, "Xəyal" məktəbi, Dəhləvi irsi və s.) incəsənətdə Şərq üçün əsrlər boyu müəllimlik etmiş İran, özbəklərin "şeşməqom"u, bütün ərəb dünyası və nəhayət ermənipərəst səlib dövlətlərinin sənətşünasları durmuşdular. Hər hansı dövlət başçısına əbədi şöhrət gətirə bilən fəaliyyət bu dəfə də triumfla nəticələndi. İndiyə qədər bütün Şərq, Türk-İslam dünyasının şərikli malı hesab edilmiş mübarək muğamın üzərinə də millətimin möhürü vuruldu. Kim nə deyir qoy desin, şəxsən mən bu olaydan sonra qürur hissi ilə deyirəm: Belə ictimai xadimlə bir dövrdə yaşadığıma görə fəxr edirəm, ona dərin minnətdarlıq hissi ilə "Halal olsun!" söyləyirəm. Ölkədə isə keçirilən muğam müsabiqələri milli mədəniyyəti, əcdadların irsi üçün narahatlıq keçirənlərin qəddini dikəltdi. Xalq dağ çeşməsi tək pak, billur kimi təmiz qaynaqlara üz tutdu. Onu eşitdik ki, dünyanın hər yerindən soydaşlarımızın göndərdikləri sevinc, fəxarət dolu məktublarının ardı-arası kəsilmir. İkinci müsabiqə zamanı isə R.Behbudov adına mahnı teatrı dünya Azərbaycanlılarının əsl musiqi məbədinə döndü. Mən burada baş verənlərdən danışmıram, nə qədər çalışsam da hadisələri olduğu kimi canlandıra bilməyəcəyəm. Amma yenə də məqaləmin sonluğu üçün nəsə deməyə məcburam. Filarmoniyadakı son konsert, daha doğrusu final, milli mədəniyyətimizin təntənəsi, onun apefeozu idi. Dəqiq bilirəm ki, nəinki mən, neçə-neçə musiqi xaridarı bu konsertə sevincdən göz yaşı axıda-axıda qulaq asıb. Bu konsert bir daha sübut etdi ki muğam Allah-təala dərgahında nazil edilmiş misli-manəndi tapılmayan sənət incisinidir. "Mənsuriyyə", "Heyratı" kimi qalibiyyət təranələrindən sonra milli himnin sonda səslənməsi tamam başqa aləm idi. Yaş dolu gözlərimlə dinləyicilərə baxırdım. İlahi, soydaşlarım necə də dəyişilmişdilər, gözlərdə, üzlərdə nur ələnirdi, belə ülvi anlarda insan necə də gözəlləşərmiş... Məqaləmi qocaman sənətkar muğam bilicisi Əlibaba Məmmədovun mərhamanə sözləri ilə bitirməyi özümə şərəf bilirəm, hörmətli xanımımız, Allah sizi bu torpağa, bu xalqa çox görməsin! Amin!