Reklam verin!

«MEHRİBAN ƏLİYEVA OLDUĞU KİMİ» İNTERNET PORTALI YAZI QƏBULU ELAN EDİR

«Mehriban Əliyeva olduğu kimi» İnternet portalı(www.mehribaneliyeva.azeriblog.com) Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyətinin müxətlif istiqamətlərini əhatə edən yazıların qəbulunu elan edir. Ölkənin I xanımı və Azərbaycan Uşaqların Dostu MEhriban Əliyeva haqqında məqalə ilə çıxış etmək istəyən jurnalistlər, gənc yazarlar, məktəbli və gənclər öz yazılarını genc-liderler@mail.ru ünvanı göndərə bilərlər. Yazılar yalnız mütəxxəssislər tərəfindən qəbul olunacağı təqdirdə  saytda yerləşdiriləcək. Sonda ən maraqlı yazılar kitab şəklində nəşr olunacaq.

Xatırladaq ki, www.mehribaneliyeva.azeriblog.com İnternet Portalı «Gənc Liderlər» Uşaq Təşkilatı  tərəfindən Mehriban xanım Əliyevanın fəaliyyətinin izlənilməsi və uşaq və gənclərin gözü ilə  işıqlandırılması məqsədi ilə yaradılmışdır.

 

Yazının açar sözləri: Baxış sayı: 132

ALLAH SİZİ BU MİLLƏTƏ, BU XALQA ÇOX GÖRMƏSİN!

Millət bu nəcib, savab əməlləri heç vaxt unutmayacaq

Mehriban xanım Əliyeva və dünya qadınları

Bu kitabda söz söyləmək açığı çox çətin bir işdir. Çünki deyiləcək söz, gərək haqqında danışılan insana uyğun olsun, yaraşsın. Və yazılan fikirlərdən fərqli nəsə söyləyə biləsən. Hər halda Fərid qardaşımızın bizə də söz deməyi həvalə etməsi, boynumuza düşən bu yükü qaldırmamızı bəlirləyir. İncəsənət məbədinin mehrabı qarşısında hər xalq zaman-zaman yetişdirib ərsəyə çatdırdığı övladlarını - sənət əsərlərini gətirmişdir. İtalyanlar şöhrətli İntibah dövrünü, almanlar Düreri, Kranaxı, Qotikanın nadir incilərini, Macarlar Ferens Listi, ispanlar El-Qrekonu, Servantesi, Velaskesi, fransızlar klassik baleti, romantizmi... Bu siyahını çox uzaltmaq olar. Bəşər mədəniyyəti nəhəng, misilsiz xəzinədir. Buradakı ləl-cəvahiratı qiymətə vurmaq qeyri-mümkündür. Hər sənət incisinin öz yeri, öz sahibi var. Əsrlər, qərinələr boyu var-yoxumuz bir dəfə də olsun, adımıza çıxmadı. Dərd burasında idi ki, yazanımız da yox idi.  Mədəniyyətimiz gah Əhaməniş, Ellinizm eqidası altına salındı, gah da Sasani mədəniyyətinin ayrılmaz hissəsi kimi təqdim olundu. Min ildən çox dövrdə də nə edildisə, nə yaradıldısa da, hamısının üzərinə "İslam svilizasiyası" möhürü vuruldu. Ancaq sovet hakimiyyəti illərində ilk dəfə olaraq ittifaq miqyasında əlahiddə olaraq Azərbaycan mədəniyyətindən söhbət getdi, elmi tədqiqat əsərləri yazıldı. İlk dəfə olaraq, milli təsviri sənətimizin şah əsərləri Təbriz miniatürlərindən, milli musiqimizdən, tətbiqi sənətimizdən söhbət açıldı. Sovet hakimiyyəti illərində əldə edilmiş nailiyyətlər sayəsində biz fəxrlə milli təkrarsız mədəniyyətimizdən danışa bildik. Demək olar ki, hər sahədə ziyalılarımız sözlərini deyə bildilər. Nə az, nə çox, düz 60 il ərzində Lətif Kərimov kimi dahi təqdiqatçı dünya dekoratik sənətində millətimizin həlledici rol oynadığını və çox sahədə də, hətta müəllim olmasını sübuta yetirmək üçün çalışdı. Niyə həqiqəti danaq, niyə deməyək ki, məhz Heydər Əliyevin qayğısı sayəsində Bakıda təşkil olunmuş xalçaçılıq üzrə beynəlxalq simpoziumda dekorativ sənətin bu sahəsinə  millətimizin möhrü vuruldu. Və dünya da bunu qəbul etdi. Sonrakı illərdə nələrin baş verməsindən danışmıram. Bunlar məlumdur. Hərbi məğlubiyyətin acısını dadmış xalq, beynəlxalq aləmdə erməni diasporasının və səlib dünyasının mütəşəkkil təxribatı ilə üzləşəndə isə özünü tamam itirdi. Azərbaycanın neçə-neçə adlı-sanlı alimi, sənətkarı dünyasını dəyişmiş, beynəlxalq aləmdə təklənmişdik. Təbliğat məsələsində isə, bizim lovğa, pulgir "ideoloqlarımız" çoxdan uduzmuşdular. Sivil dünyada biz sözümüzü demək üçün tamam başqa yollar tanımalı idik. Və ürəyi Vətən eşqi ilə çarpışan insanların sayəsində də onu tapdıq. Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dahi sənətkarımız Lətif Kərimovun estafetini yerdən qaldırdı! Yüksək intellekt sahibi olan hörmətli 1-ci xanımımız Qərbin qarşısında hansı irslə çıxacağını düz hesablamışdı. Biz sübut etməliydik ki, Bəşər mədəniyyətinin nəhəng sübutlarının biri sayılan dekorativ sənətdə, onun aparıcı sahəsi xalçaçılıqda hamıya müəllimlik etmişik. Qarşımızda təkcə bədxahlığı çoxdan bəlli olan erməni millətçiləri yox, eyni zamanda, bu sahədə əsrlər boyu sözünü demiş bütün yaxın şərqin xalqları dururdu. Titanik zəhmətin sayəsində, nəhayət beynəlxalq təşkilatlar səsimizə səs verdilər. Bax, məhz bu əsnada Lətif Kərimovun irsi kəşfləri dadımıza çatdı, bir tərəfdən də respublika xalçaçılıq muzeyi əməkdaşlarının, mərhum rəssam Kamil Əliyevin misilsiz fəaliyyəti bəhrəsini verdi. Diasporanı da, hətta diplomatları belə, ayağa qaldırmaq lazım gəldi. Bu sahədə də dadımıza həmişə azərbaycanlı olması ilə fəxr edən, vətənpərvərliyi dillər əzbəri olan Heydər Əliyevin layiqli davamçısı, prezidentimiz İlham Əlieyv çatdı.  Və nəhayət, gərgin zəhmət triumf ilə başa çatdı! Bütün sivil dünyanın qarşısında nüfuzlu beynəlxalq təşkilat, bəşər mədəniyyətini bir misilsiz xəzinəsinin üzərinə millətimizin möhürünü vurdu. "Qədim Azərbaycan xalçasının bir parçası tərəziyə qoyulsa, o, bütün italyan intibahından ağır gələcək" - vaxtilə bir romalı alimin dediyi bu sözləri YUNESKO kimi təşkilat təsdiq edəndə niyə də sevinməyək. Təəssüflər olsun ki, bütün bunların əhəmiyyətini dərk edə bilməyib, Mehriban Əliyevanın uğurlarına kölgə salmaq istəyən cahillər,  hələ də aramızda var.  XX əsrdə sovet hakimiyyəti  dövründə milli musiqimizi xaricdə nə az, nə çox 40 ilə qədər 3 nəfər - Rəşid Behbudov, Habil Əliyev, Zeynəb Xanlarova şərəflə təmsil ediblər. Bunların sayəsində dünya bizim milli vokal və instrumental ifaçılıq sənətimizlə yaxından tanış olub. Son 10 ildə isə bu nəcib estafeti təkrarsız Alim Qasımov davam etdirib. Muğam - Üzeyir bəyin tədrici ilə desək bu möhtəşəm musiqi barigahının üzərindən baxanda, bir tərəfdə qədim Dehlini, digər tərəfdə isə sehrli Əndəlusu, Kardova xilafətini görürük. Muğam - Sasani şahənşahlarının, Arran mərzbanlarının, Diməşq, Bağdad xəlifələrinin, Osmanlının zəhmli sultanlarının saraylarına rövnəq vermiş sənət! Muğam - tarixi, nəzəriyyəsi Ürməvilər, Fərabilər, Marağilər, Əmir Xosrov Dəhləvilər tərəfindən yazılmış və tədqiq olunmuş müsiqi dəfinəsi! Muğam - ərşi-səmavatdan bizə nazil edilmiş sərvət. Muğam - məni özümə tanıdan ulu sənət! Muğam - məni sınmağa, əzilməyə qoymayan əzəmətli simfoniya! Nə qədər ki, bu cəfakeş torpağın üzərində "Mənsuriyyə", "Heyratı", "Heydəri" dalğa-dalğa qalxırsa, demək bu xalqa ölüm yoxdur. Mənfur erməni faşistləri torpaq bir yana qalsın, artıq milli mətbəximizə, klassik musiqimizə murdar əllərini uzdanda, yenə də əvvəlki situasiya təkrarlandı. Yenə də həmişəki kimi yuxarıdan direktiv gözləyən məmurların, "Allahdan buyurq, ağzıma quyruq" deyən titullu sənət adamlarının eyni sözlərini eşidirik: "Nə isə etmək lazımdır...", "Müəyyən addımlar (?) atılacaq...", "Danışıqlar gedir..." və ilaxır. Son 15 ildə milli musiqimizə dəyən zərbə, bəlkə min il ərzində dəyməmişdi. Qısa müddət ərzində efir və telekanallar toyxana dəllalarının, pozğunların cövləngahına çevrildi. Neçə minillik mənəvi mədəniyyət dollarlara qurban verildi. Ən dəşətlisi də budur ki, fəsad heç bir müqavimət görmədən yenə də davam edir. Avropanın, Amerikanın kübarları Alim sənətini ayaqn üstə alqışladıqları halda, biz burada uşaqlarımızı elit şou-biznes əxlaqsızlarının ümidinə buraxmışdıq. Həyasızlıq o yerə çatmışdı ki, millətin sənət məbədinə, onun klassik irsinə - muğamına belə əl qaldırmağa cürət edənlər də tapıldı. Habil Əliyev kimi musiqi patriarxının "uşaqlarınızı bu mədəniyyətdən qoruyun!" çağırışına məhəl qoyan tapılmadı. Mənəviyyatımızın, mədəniyyətimizin məhz belə bir məqamında, məmləkətin birinci xanımı Mehriban Əliyevanın əsil ziyalı, əsl siyasi-ictimai xadim iradəsi özünü göstərdi. Hörmətli xanımın titullarını sadalamıram, çünki o, nəcib fəaliyyəti ilə sübut etdi ki, bütün bunlardan qat-qat yüksəkdə durur. Əvvəlcə bütün tanınmış ifaçılara, sənət adamlarına yüksək prezident təqaüdü verildi.  Tarixmizdə indiyə qədər hansı xanəndə qoca yaşında belə məbləğ almışdı. Tədricən qeyrətli adamların əlləri ilə proqramlara əl gəzdirildi, (düzdür, bu iş hələ axıra çatdırılmayıb), klassik irsin ifaçıları ön plana çəkildilər. Ölkənin mədəni mühitində ab-hava dəyişikliyə üz qoyan kimi, fəaliyyəti bizim fəxarət mənbəyi olmuş Mehriban xanım Əliyeva ikinci mədəni hücumu hazırladı. Bu zarafat deyildi, qarşıda musiqi tarixi əsrlərin zülmətində itmiş Hindistan (bizim muğamı xatırladan qədim raqlar, "Xəyal" məktəbi, Dəhləvi irsi və s.) incəsənətdə Şərq üçün əsrlər boyu müəllimlik etmiş İran, özbəklərin "şeşməqom"u, bütün ərəb dünyası və nəhayət ermənipərəst səlib dövlətlərinin sənətşünasları durmuşdular. Hər hansı dövlət başçısına əbədi şöhrət gətirə bilən fəaliyyət bu dəfə də triumfla nəticələndi. İndiyə qədər bütün Şərq, Türk-İslam dünyasının şərikli malı hesab edilmiş mübarək muğamın üzərinə də millətimin möhürü vuruldu. Kim nə deyir qoy desin, şəxsən mən bu olaydan sonra qürur hissi ilə deyirəm: Belə ictimai xadimlə bir dövrdə yaşadığıma görə fəxr edirəm, ona dərin minnətdarlıq hissi ilə "Halal olsun!" söyləyirəm. Ölkədə isə keçirilən muğam müsabiqələri milli mədəniyyəti, əcdadların irsi üçün narahatlıq keçirənlərin qəddini dikəltdi. Xalq dağ çeşməsi tək pak, billur kimi təmiz qaynaqlara üz tutdu. Onu eşitdik ki, dünyanın hər yerindən soydaşlarımızın göndərdikləri sevinc, fəxarət dolu məktublarının ardı-arası kəsilmir. İkinci müsabiqə zamanı isə R.Behbudov adına mahnı teatrı dünya Azərbaycanlılarının əsl musiqi məbədinə döndü. Mən burada baş verənlərdən danışmıram, nə qədər çalışsam da hadisələri olduğu kimi canlandıra bilməyəcəyəm.  Amma yenə də məqaləmin sonluğu üçün nəsə deməyə məcburam. Filarmoniyadakı son konsert, daha doğrusu final, milli mədəniyyətimizin təntənəsi, onun apefeozu idi. Dəqiq bilirəm ki, nəinki mən, neçə-neçə musiqi xaridarı bu konsertə sevincdən göz yaşı axıda-axıda qulaq asıb. Bu konsert bir daha sübut etdi ki muğam Allah-təala dərgahında nazil edilmiş misli-manəndi tapılmayan sənət incisinidir. "Mənsuriyyə", "Heyratı" kimi qalibiyyət təranələrindən sonra milli himnin sonda səslənməsi tamam başqa aləm idi. Yaş dolu gözlərimlə dinləyicilərə baxırdım. İlahi, soydaşlarım necə də dəyişilmişdilər, gözlərdə, üzlərdə nur ələnirdi, belə ülvi anlarda insan necə də gözəlləşərmiş... Məqaləmi qocaman sənətkar muğam bilicisi Əlibaba Məmmədovun mərhamanə sözləri ilə bitirməyi özümə şərəf bilirəm, hörmətli xanımımız, Allah sizi bu torpağa, bu xalqa çox görməsin! Amin!

Yazının açar sözləri: Baxış sayı: 93

MEHRİBAN ƏLİYEVA OLDUĞU KİMİ

Fərid ŞAHBAZLI

"Gənc Liderlər" Uşaq Təşkilatının sədri

Heç kimi sirr deyil ki, 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması ilə ölkəmizin ictimai-sosial və mədəni həyatında bir canlanma müşahidə olunur. Fondun prezidenti Mehriban Əliyevanın qısa müddət ərzində həyata keçirdiyi çoxcəhətli fəaliyyət bütün həyat sahələrində özünü göstərir və bu, Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən böyük razılıqla qarşılanır. Heydər Əliyev Fondu Azərbaycan təhsilinin səviyyəsinin yüksəldilməsi, uşaqların rahat, yüksək maddi-textiki bazaya malik məktəblərdə təhsil alması üçün müxtəlif layihələr həyata keçirir. Yeni-yeni məktəb binalarının tikilməsi, uşaq bağçaları və internatların müasir tələblər səviyyəsinə gətirilməsi, "Kor və görmə qabiliyyəti az olan şəxslər üçün təhsil" layihəsi və s. dediklərimizə əyani sübutdür.  Mehriban xanımın bu məsələlərə təkcə peşəsindən irəli gələn vəzifənin icrası kimi deyil, həm də vətəndaş borcu kimi yanaşması isə onun ölkəmizin gələcəyi olan uşaqların hərtərəfli təmin olunmasına bəslədiyi böyük arzu və istəklərindən irəli gəlir.  Mədəni dəyərlərimizin qorunması, onların yad ünsürlərin təsiri altına düşməməsi üçün Mehriban Əliyevanın gördüyü işlər də təqdirəlayiqdir. Təkcə Muğam müsabiqəsinin keçirilməsi faktını demək kifayətdir ki, M.Əliyevanın Azərbaycan mədəniyyətinin hamisi olduğunu etiraf edəsən.  Ümumiyyətlə, bu gün ölkəmizin həyatının bütün sahələrində Heydər Əliyev Fondunun və onun rəhbərinin zəhmət izləri özünü göstərməkdədir. Mehriban xanımın peşəsindən irəli gələrək, uşaq və gənclərimizin həm də fiziki cəhətdən sağlam böyüməsi istiqamətində fəaliyyəti, yeni-yeni səhiyyə ocaqlarının açılması, səhiyyəmizin müasir avadanlıqlarla təmin olunaraq, dünya standartlarına yüksəldilməsi onun gördüyü geniş miqyaslı işlərin yalnız bir hissəsidir.  Bu il Mehriban Əliyevanın hazırladığı qanun layihəsi əsasında verilən amnistiya aktı nətcəsində yüzlərlə insanın azadlığa qovuşması, yüzlərlə ailələrə, uşaqlara hədiyyə edilən sevinc payı da bu xanımın xarakterindəki humanizmdən irəli gəlir. Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkə miqyasında deyil, dünya səviyyəsində yüksək qiymətləndirilir. Rusiya Federasiyası Federal Məclisi Fedarasiya Şurasının sədri Sergey Mirinovun "Mehriban Əliyeva kimi, xeyirxah və qızıl ürəkli insanlar bütün dünyaya fəzilət bəxş edir", Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor İvanovun "Mən Mehriban Əliyevanın fəaliyyətini yüksək bəşəri iş sayıram", Dünya Səhiyyə Təşilatının baş direktoru Marqaret Çanın "biz Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndiririk" sözləri də fikirlərimizi bir daha təsdiqləyir. "Sivilizasiyaların yaxınlaşmasında Mehriban Əliyevanın xidmətləri böyükdür" - bu tarixi sözlər isə İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman Əl Tuveycriyə məxsusdur və Azərbaycanın birinci xanımının çoxcəhətli fəaliyyətinin göstəricisi kimi çıxış edir.  Beləliklə, Mehriban xanım Əliyevanın uşaqların kollektiv əməyinin məhsulu olan bu nəşrin baş qəhramanı kimi seçilməsi tamamilə təbii və qanunauyğundur. Güman edirik ki, hər hansı tərifdən, bayağı ibarələrdən və gurultulu notlardan uzaq olan bu kitab bütün uşaqların ürəyincə olacaq.

Yazının açar sözləri: Baxış sayı: 185

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Helsinkidəki incəsənət muzeyində olub

QayNar: Prezient İlham Əliyevin Finlandiyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Finlandiya prezientinin həyat yoldaşı Penti Arayarinin müşayiəti ilə Helsinkidəki incəsənət muzeyində olub.

Muzeydə sərgilənən sənət əsərlərindən ibarət ekspozisiya ilə tanışlıq zamanı Mehriban xanım Əliyevaya məlumat verilib ki, muzeyin ekspoziyası çox zəngindir. Burada müxtəlif dövrlərdə Finlandiyada yaşayıb, yaradan fırça ustalarının, ayrı-ayrı cərayanları özündə əks etdirən rəsm əsərləri sərgilənir. Bu əsərlərin hər birində Finlandiya mədəniyyətinin, bu ölkənin insanlarının vətənə, təbiətə və həyata olan məhəbətləri əks olunub.

Mehriban xanım Əliyevaya muzeydə saxlanılan əsərlərin toplandığı xatirə albomu təqdim olunub.

Yazının açar sözləri: Baxış sayı: 121

MİLLİ VƏ BƏŞƏRİ DƏYƏRLƏRİN, HUMANİZM PRİNSİPLƏRİNİN MÜCƏSSƏMƏSİ

Azərbaycan Respublikasının uğurlu daxili və xarici siyasəti, region ölkələri sırasında həlledici söz sahbi olması, iqtisadi - sosial inkişaf və s. müsbət meyllər dünya dövlətlərini heyrətləndirməkdədir. Bəli, artıq neçə illərdir ki, Azərbaycanda siyasi sabitlik hökm sürür, əhalinin maddi rifah halı yaxşılaşır və demokratik dəyərlər dönmədən inkişaf etdirilir. İnsan hüquqlarının qorunması sahəsində, Avropa məkanına inteqrasiya məsələlərində ciddi uğurlara imza atılıb. Təsadüfi deyildir ki, ölkəmizin Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətləri gün-gündən yaxşılaşır. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin qoyub getdiyi irsi böyük uğurla davam etdirən cənab İlham Əliyevin işgüzarlığı, tükənməz enerjisi və siyasi peşəkarlığı sayəsində mümkün olmuşdur.  Azərbaycanın hərbi qüdrətinin artması, Milli Ordunun maddi-texniki və hərbi qabiliyyətinin gücləndirilməsi isə erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi imkanlarını xeyli artırmışdır. Son zamanlar bu istiqamətdə gedən danışıqlarda müsbət meyllərin müşahidə olunması da məhz İlham Əliyevin həyata keçirdiyi siyasətin doğru olmasından xəbər verir. Ölkəmizin sürətlə çiçəklənməsində, iqtisadi, siyasi və mədəni cəhətdən, yüksələn xətlə inkişafından danışarkən bir nəfərin adını da çəkmək yerinə düşərdi. O da millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanımın qısa müddət ərzində nail olduğu uğurların hamısını sadalasaq, çox böyük bir siyahı alınar. Fikrimizcə, buna heç ehtiyac da yoxdur. Çünki artıq bu gün uşaqdan böyüyə kimi hər kəs Azərbaycan cəmiyyətində, həmçinin onun sərhədlərindən çox-çox uzaqlarda Mehriban xanımın gördüyü işlərdən xəbərdardır. Onun qazandığı beynəlxalq mükafatlar, fəxri adlar, ən başlıcası isə xalqın sonsuz minnətdarlıq hissləri də bunu aydın şəkildə nümayiş etdirir.  Mehriban xanım Əliyeva daha çox uşaqların sevimlisinə və dostudur. Çünki onun fəaliyyətinin böyük bir hissəsi məhz uşaqlarla bağlıdır. Ölkənin birinci xanımını çox tez-tez məktəblərdə, uşaq evləri və internatlarda, uşaq bağçalarında görmək mümkündür. Bu isə Mehriban xanımın uşaqlara olan böyük diqqətinin göstəricisidir!

Zöhrə Sadıqova

7 saylı məktəbin Şagirdi

Yazının açar sözləri: Baxış sayı: 71


« Əvvəlki səhifə   Yazılar cəmi: 19    Sonrakı səhifə »